Taksi sürücülərinə VACİB XƏBƏR - Bu sənədi almaq üçün SON TARİX AÇIQLANDI

Taksi buraxılış vəsiqəsi və buraxılış kartlarının alınması üçün 30 dekabr saat 23:59-dək müraciət olunmalıdır.
Bu barədə Avtosfer.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin (buraxılış kartlarının) say həddi 25 000 (iyirmi beş min kvota) müəyyən edilib.
Kvotanın tətbiqi ilə əlaqədar qanunvericiliyə uyğun olaraq müvafiq məlumatlandırma təmin edilib. Kvota ilə əlaqədar Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişindaşımaları sahəsində icazə və onun əlavəsi (buraxılış kartı) ilə bağlı müraciət ərizələrinin qəbulu 30 dekabr 2025-ci il tarixində saat 23:59-dək həyata keçiriləcək. Qeyd olunan tarix və vaxtdan sonra təqdim edilən yeni müraciətlərə baxılmayacaq.
Qurum müraciət edən şəxslərdən xahiş edir ki, ərizələrini müəyyən olunmuş müddətədək elektron sistem vasitəsilə təqdim etsinlər. Göstərilən vaxta qədər daxil olmuş bütün müraciətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq.
Müraciət zamanı sistemə yüklənən sənədlərin düzgünlüyü və tamlığının diqqətlə yoxlanılması xahiş olunur. Sənədlərdə aşkar edilən uyğunsuzluqlar müraciətin geri qaytarılmasına səbəb ola bilər. Müraciətin statusunda hər hansı dəyişiklik baş verdiyi halda operativ reaksiya verə bilmək üçün elektron portalda yerləşən şəxsi kabinetin mütəmadi yoxlanılması tövsiyə olunur.
Elektron qaydada təqdim olunmuş müraciətlər yoxlanıldıqdan və düzgünlüyü təsdiq edildikdən sonra icazələr üzrə dövlət rüsumları ərizəçi tərəfindən 5 (beş) iş günü ərzində ödənilməlidir. Müəyyən olunmuş müddət ərzində ödənişlər həyata keçirilmədiyi təqdirdə müraciətlər ləğv ediləcək.
Növbəti ilin yanvar ayından etibarən müraciətlərin qeydiyyatı və baxılması kvota sayında yer azad olduqda və növbəlilik gözlənilməklə həyata keçiriləcək. Növbə proseduru ilə bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək.
Satış mərkəzləri və qeyri-rəsmi idxalçılar AVTOMOBİLLƏRİ BAHALAŞDIRIB - Eelektromobillərə ...
Azərbaycanın avtomobil bazarında Çin bumu zəifləyir, ənənəvi markalar önə keçir – ARAŞDIRMA
Hibrid və elektrik mühərrikli avtomobillərin qiyməti 18 faiz artacaq - AÇIQLAMA
Qadınların rəylərinə görə 2026-cı ilin ən yaxşı avtomobilləri açıqlandı
Qışda maşını yumaq lazımdırmı?
Avtomobilinizin rəngini dəyişmək istəyirsinizsə bu qədər pul ödəməlisiniz, əks halda...
Avtomobil almaq istəyənlərə VACİB XƏBƏRDARLIQ – Sizi aldadırlar
Qiymətlər artdı, hansı avtomobillər bahalaşıb? - Avtomobil bazarında canlanma
Brüssel avtomobil sərgisindəki ən ucuz avtomobillər - FOTO
Üç mindən çox sürücülük vəsiqəsi qanunsuz paylaşıldı - ETX qarşısını ALDI
Premium istehsalçıdan dizel hibrid - FOTO











