Taksi sürücülərinə xəbərdarlıq - Fərqlənmə nişanını buradan ala bilərsiz

“Fərqlənmə nişanı” almadan taksi xidməti ilə məşğul olan şəxslər cəzalandırılacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərə xəbərdarlıq edib. Bildirilib ki, paytaxın iznibati ərazisində "Fərqlənmə nişanı"nı BNA verir. “Fərqlənmə nişanı” alınması üçün prosedur aşağıdakı kimidir:
İlk növbədə sürücünün VÖEN-i olmalıdır (VÖEN Vergilər Nazirliyində və ya ASAN xidmətin vergi bölməsində tək şəxsiyyət vəsiqəsi ilə heç bir ödəniş edilmədən alınır). Sürücü VÖEN-lə birgə istənilən müvafiq bank şöbəsinə yaxınlaşaraq orda 114321 təsnifat koduna müvafiq 18 AZN dəyərində olan rüsumu ödəyir. Bu zaman göstərilən bank xidmətinə görə əlavə 40 qəpik ödənilməsi də tələb olunur.
Ödənişi təsdiq edən qəbz, VÖEN, texpasport, varsa etibarnamə və yaxud lizinq sənədləri ilə birlikdə sürücü Bakı Nəqliyyat Agentliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinə yaxınlaşır. Orada hec bir məbləğ ödəmədən həmin anda "Fərqlənmə Nişanı" nı əldə edir.
“Fərqlənmə nişanı” almadan taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən şəxslər barəsində Bakı Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyi tərəfindən qanunla nəzərdə tutulan tədbirlər görüləcək.
Emin

Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












