Taksi xidmətlərində gediş haqqı artırıldı - Benzinə görə

Ölkədə Aİ 92 markalı benzinin qiymətinin artımından sonra nəqliyyatda gözlənilən artım artıq baş verib. Bakupost.az xəbər verir ki, artım iqtisadçıların da proqnozlaşdırdığı kimi ilk növbədə taksi xidmətlərində müşahidə olunur. Əməkdaşımızın apardığı sorğu nəticəsində məlum olub ki, xidmətlərdə gediş haqları 1 manatdan 2,5 manata kimi artırılıb. Belə ki, Uber taksi xidmətiylə əlaqə saxlamaq mümkün olmasa da, hər zaman 2,50 manat gediş haqqı ödənilən məsafəyə bu gün 4 manat 50 qəpik pul yazılıb. Ölkədə ən ucuz taksi xidməti hesab olunan Salam taksi şirkətindən aldığımız məlumata görə isə, bütün istiqamətlərdə 1 manat artım edilib.
Ulduz taksidən isə saytımıza bildirilib ki, qiymətlərdə heç bir dəyişiklik yoxdur. 189 taksi xidmətindən isə qiymətlərin hələki dəyişmədiyini bildiriblər. *2424 taksi xidmətinin əməkdaşı isə hələki qiymət artımının gözlənilmədiyini qeyd edib.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










