Taksilər ancaq bu ünvanlarda dayanacaq - BAKIDA

"Bakı şəhəri ərazisində Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən 170 taksi dayanacağı müəyyənləşdirilib. Hazırda müəyyən olunan taksi dayanacaqlarına pasportlar verilir. İndiyə qədər Agentlik tərəfindən 79 belə dayanacaq pasportlaşdırılaraq taksi sürücülərinin ixtiyarına verilib". Avtosfer.az virtualaz.org-a istinadən bildirir ki, bunu BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, hazırda şəhərdə aparılan təhlillər nəticəsində müxtəlif ünvanlardan pərakəndə şəkildə duracaq kimi istifadə edən taksilər üçün xüsusi yerlər müəyyənləşdirilir. "Əvvəl taksilər harada gəldi dururdular. Artıq biz taksilərin dayanmaları üçün xüsusi yerlər müəyyənləşdirmişik. Məsələn, Qara Qarayev prospekti boyunca 10 yerdə belə dayanacaqlar var. Ümumilikdə 170 yerdə taksi dayanacağı müəyyənləşdirilərək nişanlanıb. Bunların bir hissəsi artıq pasportlaşdırılıb, qalanların da pasportlaşdırılması davam edir", - deyə M. Ağayev bildirib
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












