Taksilərlə bağlı YENİ QƏRAR – “E-taksi”də hansı yeniliklər olacaq?

Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA" informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb. Operatorlar tərəfindən adsızlaşdırılmış məlumatlar real vaxt rejimində həmin sistemə ötürüləcək. Bununla yanaşı ərazidə fiziki olaraq AYNA və DYP əməkdaşları tərəfindən buraxılış kartları yoxlanılacaq. Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcək.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu addım taksi sahəsində daha sistemli xidmətin təqdim olunmasına gətirib çıxaraq:
“Elektron taksi sisteminin fəaliyyətə başlaması xüsusən sərnişin daşımada fəaliyyət göstərəcək fiziki və hüquqi şəxslərin bu prosesdən yararlana bilməsi və alt sistemə daxil olması nəzərdə tutulub. Yəni sərnişin daşıma ilə məşğul olacaq fiziki və hüquqi şəxslər portal vasitəsi ilə xüsusi olaraq bir mexanizm halında, necə deyərlər, format şəklində fəaliyyət göstərə biləcəklər. Eyni zamanda bu sahə dövlətin nəzarətində olacaq. İstər sürücü, istər avtomobil, istərsə də digər elementlərə nəzarət ediləcək”.
Ekspert taksilərdə daha əvvəl özünü göstərən problemlərin artıq tədricən aradan qalxacağını diqqətə çatdırıb:
“Bu baxımdan əvvəlki narazılıqlar, narahatlıqlar bir daha təkrar olunmayacaq. Ona görə ki, burada əsas mahiyyət gələcəkdə fəaliyyət göstərəcək şirkət və şəxslərin sürücüləri, nəqliyyat vasitələri haqqında məlumat bir baza şəklində öz əksini tapacaq. Hansısa şirkətdən və fərddən asılı olmayaraq, bu proseslər göz önündə olacaq. Düzdü, burada müəyyən rüsumlar, ödənişlər var. Amma biz buna daha optimist yanaşsaq, görərik ki, köhnə sistem narahatlıq yaradırdı. Ancaq yeni sistemdə bu cür problemlər demək olar ki, aradan tam qaldırılacaq”.
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var











