Talış və Suqovuşan minalardan təmizlənir - VİDEO
Avtoxəbər 15 Yanvar 2021 22:17 Oxunub 980
Talış və Suqovuşan minalardan təmizlənir  - VİDEO

İşğaldan azad edilən ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları sürətlə davam etdirilir.

“Report”un Qarabağ Mərkəzi xəbər verir ki, Talış və Suqovuşan istiqamətində aparılan ilkin təmizləmə əməliyyatları əsasən kommunikasiya xətlərinin keçəcəyi yerləri əhatə edir.

Minatəmizləmə əməliyyatları ilkin olaraq kommunikasiya xətlərinin keçəcəyi yerlərdə aparılır. İşğal müddətində ermənilər geniş bir ərazini minalayıblar. Vətən müharibəsi başlayandan həmin ərazilər də daxil olmaqla, işğaldan azad edilən bölgələrdə təmizləmə əməliyyatlarına start verilib.

İşğaldan azad olunan Talış və Suqovuşan istiqamətində ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. Bu vaxta qədər aparılan işlər nəticəsində tank və piyada əleyhinə mina, top və minaatan mərmiləri tapılaraq zərərsizləşdirilib.

Basdırılan minalarla yanaşı, ərazi həm də Vətən müharibəsi zamanı ermənilərin atdığı xeyli sayda partlamamış artileriya mərmilərilə çirklənib. Təmizlənmə əməliyyatları yüksək peşəkarlıqla davam etdirilir. Minatəmizləmə əməliyyatlarının ilkin mərhələsində əsasən kommunikasiya xətlərinin keçəcəyi yerlər, yol və su kanalları təmizlənir. Bunlardan biri də Talış kəndinə gedən yol və Tərtərin bir neçə kəndini Suqovuşan su anbarıyla təmin edən beton kanallardır. İndiyə qədər bu ərazilərdən xeyli sayda partlamamış hərbi sursatlar tapılaraq zərərsizləşdirilib.

Əsas strateji əhəmiyyətli xətlərin keçəcəyi yerlər tam təmizləndikdən sonra təmizləmə əməliyyatları geniş sahələrdə aparılacaq.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh