Tanınmış iş adamı maşında infarkt keçirib öldü - Masallıda

Masallıda avtomobil divara çırpılıb. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, Masallı şəhərinin mərkəzindəki Nəriman Nərimanov küçəsində “Mercedes”markalı avtomobil sürücünün idarəetməsində çıxaraq yol kənarındakı evin divarına çırpılıb. İlkin araşdırmadan sonra məlum olub ki, avtomobili idarə edən 60 yaşlı kişi ürək tutmasından sükan arxasında vəfat edib. Nəticədə maşın idarəetmədən çıxaraq qəzaya uğrayıb.
***
Masallıda ölən sürücünün kimliyi ilə bağlı bəzi təfərrüatlar məlum olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, vəfat edən şəxs Kamran Əlməmmədovdur. O, rayonda tanınmış iş adamıdır. “Coca Cola Kamran” kimi tanınan biznesmen “Coca Cola”nın Masallı üzrə satış müdiri və bir neçə restoranın sahibidir. Onun maşında ürək tutmasından vəfat etdiyi deyilir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












