Tarix öyrətməkdən əl çəkib tarix yazmağa getdi - VİDEO

44 günlük Vətən Müharibəsində tarixə qızıl hərflərlə həkk olunanlardan biri də kapitan Elnur Cəbrayılov oldu.
Ehtiyatda olan zabit, ixtisasca tarix müəllimi idi Elnur Cəbrayılov. Orta məktəbdə tarix dərsi deyirdi şagirdlərinə.
Lakin vətənə olan sevgisi onu daha da irəli apardı. Hərbçi olmaq qərarına gəldi və orduya yollandı.
Düzdür, bu yol kapitan Elnur Cəbrayılov üçün o qədər də asan olmadı. Xüsusilə də anası Elnurə xanım oğlunun hərbiyə getməsinə o qədər də razı deyildi. Lakin kapitan öz israrı ilə anasını da razı sala bildi.
Vətənə olan sevgisi qəhrəmanımızı əlinə silah alıb düşmənlə üz-üzə dayanmağa apardı. Hərbçilik dönəmində ancaq ön cəbhədə xidmət edib Elnur Cəbrayılov. Bu müddət ərzində bir çox əməliyyatlarda iştirak edib.
Aprel döyüşlərində Lələ Təpə yüksəkliyinin işğaldan azad edilməsi istiqamətində keçirilən döyüşlərdə qəhramanlıqla vuruşub. Daha sonra iyul döyüşlərində iştirak edib. Aprel savaşında göstərdiyi qəhramanlığa görə Mdüafiə Nazirliyindən xüsusi Təşəkkür alır və yeni rütbə ilə təltif olunur.
27-sentyabr Vətən müharibəsi başlayan gündən isə əks-hücum əmrini şərəflə yerin yetirir. Füzuli rayonunun işğaldan azad edilməsi istiqamətində düşmənin ilk müdafiə səddini yaranlardan və düşmən səngərinə girən ilk hərbçilərimizdən olur.
Hücum əmri uğurla ilə yerinə yetirilsə də, kapitan Elnur Cəbrayılov şəhidlik zirvəsinə ucalır. Qələbə gününü görmək ona qismət olmadı.
Lakin Vətən müharibəsində qazanılan qələbəni bir Azərbaycan vətəndaşı kimi onun övladları gördü. Elnur Cəbrayılovdan iki oğul yadigar qalıb. Şəhid kapitanımız ölümündən sonra Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan xalqı kapitanı ona layiq şəkildə böyük ehtiramla uğrunda canından keçdiyi vətən torpağına tapşırıb.
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək










