Tarixin ən davamlı avtomobilləri - SİYAHI

Tarixin ən davamlı avtomobilləri məlum olub. Lent.az xəbər verir ki, siyahıda "Toyota 4Runner SUV" başçılıq edir. Avtomobil vaxtında texniki qulluqla 483 min kilometrdən çox məsafə qət edə bilən 20 modeldən ibarətdir.
Ekspertlər 1983-1989-cu illərdə istehsal edilən “Toyota 4Runner”i ən etibarlı avtomobil kimi tanıyıblar. Onun şəxsi rekordu 2,3 milyon kilometrdir.
İkinci yerdə 1990-1993-cü illərdə buraxılan və 1,6 milyon kilometr qət edə bilən “Honda Accord”dur.
İlk üçlüyə 2009-2014-cü illərin “Ford F-150” pikapı da daxildir. Onun rekord yürüşü 1,6 milyon kilometrdir.
Reytinqə “Hyundai Elantra” (2011-2016”, “Honda CR-V” (2005-2007), “Honda Civic” (2016-2021”, “Lexus CT 200h” (2011-2017) və digər modellər də daxil edilib.
Bundan əvvəl də ən etibarlı avtomobil markaları açıqlanıb. Ən yüksək pilləyə “Lexus” brendi (98,3 faiz) başçılıq edib. Etibarlılıq reytinqi 99,8 faiz olan 2014-2021-ci il istehsalı “Lexus NX”i brendin ən etibarlı avtomobili kimi tanınıb. “Toyota” 97,4 faiz göstərici ilə ən etibarlı avtomobil istehsalçıları arasında ikinci yeri tutub. 2011-2020 “Toyota Yaris” yapon markasının ən problemsiz modeli kimi tanınıb. Üçüncü yeri (97,2 faiz) “Mini Clubman” (2015-2024) ilə Mini tutub.
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var











