Təcili yardım maşını qəzaya düşdü: xəstə öldü, tibb bacısı yaralandı - Bakıda

Bakıda "Təcili yardım" avtomobili qəzaya uğrayıb, xəstə ölüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində, Hövsan yolunda baş verib. Belə ki, Suraxanı rayonu 11 saylı Təcili Yardım Stansiyasının 24 nömrəli "Təcili yardım" avtomobili çağırış əsasında Hövsan qəsəbəsi Koorporativ ev 14 ünvanından kəskin mədə ağrısı ilə 61 yaşlı Əliyev Faiq Qədir oğlunu xəstəxanaya çatdırmaq istəyib. Hövsan yolunda "Azsamand" markalı avtomobil qəfildən "Təcili yardım" maşınına çırpılıb. Əraziyə digər "Təcili yardım" avtomobili cəlb edilib. Lakin qəza nəticəsində yaralanan F.Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Onun yanındakı tibb bacısı isə qəza zamanı xəsarət alıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA













