“Təhlükəsizlik kəməri sizi həyata bağlayır” – Yeni layihə

Paytaxtda “Təhlükəsizlik kəməri sizi həyata bağlayır” adlı layihyəyə start verilir. Hed Academi Azerbaijan", Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) və "Park Bulvar" AVM-in birgə təşkilatçılığı ilə Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə həsr olunan layihə həyata keçiriləcək. Layihənin məqsədi insanları təhlükəsizlik kəmərinin əhəmiyyəti, mahiyyəti və düzgün istifadə qaydaları haqqında məlumatlandırmaqdır.
"Hed Academi Azerbaijan"ın PR meneceri İbrahım Mirzəyevin sözlərinə görə, Azərbacanda ilk dəfə “Hed Academi Azerbaijan”-a məxsus “Aşma əleyhinə simulyator” geniş ictimayyətin istifadəsinə təqdim olunacaq. Aşma simulyatoru vtomibilin aşma anını simulyasiya edəcək və qəza anında kəmərin sürücünü necə qoruduğunu əyani göstərəcək. Aşma simulyatoruna əyləşən sürücü simulyator dönməyə başladıqda kəmərin onu necə saxladığını görəcək və kəmərsiz yarana biləcək təhlükənin şahidi olacaq. 3 gün ərzində aşma simulyatoruna əyləşən hər bir şəxs həm də müsabiqədə iştirak etmək şansı qazanacaq. Suallara doğru cavab verən şəxslərə "Hed Academi Azerbaijan", "Park Bulvar" AVM və digər tərəfdaşlarımız tərəfindən dəyərli hədiyyələr təqdim olunacaq. "Hed Academi Azerbaijan"ın PR meneceri İbrahim Mirzəyev tədbiri dekabrın ilk ongünlüyündə keçirtməyi planlaşdırıldıgını da sözlərinə əlavə elədi.
Qeyd edək ki, “HED Akademi Azerbaijan” 1991- ci ildə Almaniyada C&E adlı şirkət kimi yaradılıb. Şirkət sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyət baxımından yol təhlükəsizliyinə daxil olan bütün mövzularda beynəlxalq sertifikatlı mütəxəssisləri ilə təlim, konsaltinq və təşkilati xidmətlər təklif edir. HED Akademiya, təhlükəli maddələrin daşınması, nəqliyyat və avtomobil idarəetmə mövzularında Türkiyə, Almaniya, Azərbaycan, Qazaxıstan,Gürcüstan, Bolqarıstan, Kipr və Rumıniyada neft, nəqliyyat, dərman, sıgorta və inşaat sektorlarında olan firmalara xidmət göstərir və genişspektrli əməkdaşlıq təklif edir. HED Akademiya 2007-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkət hazırda dünyada 476, Azərbaycanda isə 123 xarici və yerli şirkətlə əməkdaşlıq edir. Fəaliyyəti dövründə göstərdiyi xidmətlər beynəlxalq səviyyədə yüksək təhlükəsizlik standartlarına uyğunlaşdırılmışdır. Hazırda TANAP layihəsinin nəqliyyat sektorunda təhlükəsizliklə bağlı prosedurların yazılması və nəqliyyata nəzarət edilməsi bu şirkət tərəfindən yüksək səviyyədə həyata keçirilir.
Fidan
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ
Azərbaycana maşın gətirənlərin nəzərinə - Yeni tələb
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı
Yanacağın qiymətinin artırılmasına məhdudiyyət əks nəticə verdi










