Təkər boltlarını pnevmatik alətlə açıb bağlamaq ziyanlı imiş - DİQQƏT!

Sürücülər yəqin bu halla rastlaşıblar: avtomobilin təkərini açanda boltdan pis səs çıxır, bolt yuvaları paslanıb, ya da təkər barabana yapışıb. Bəs səbəb nədir?
Avtosfer. az xəbər verir ki, bu nasazlıqların kökündə səhv texniki qulluq dayanır. Bir çox sürücü və ustada belə bir yanlış fikir hakimdir ki, təkər boltlarını yağlamaq olmaz, çünki yüksək sürətdə açılacaq. Bu cür düşünənlər “nə üçün yüksək təzyiq altında yağlanan dirsəkli valın boltları açılmır?” sualı qarşısında aciz qalırlar.
Təkər boltları paslandıqda bolt yuvasını zədələyir. Bunun qarşısını almağın sadə üsulu boltları yağlayaraq yerinə bağlamaqdır. Növbəti dəfə açdıqda bolt asanlıqla açılacaq. O ki qaldı boltların yüksək sürətdə açılmasına, bu, tamamilə başqa texniki nasazlıq (əsasən vibrasiya) səbəbindən ortaya çıxır.
Təkər boltlarının pnevmatik alətlə açılıb-bağlanması da zərərlidir. Buna görə də, sürücülər montaj zamanı təkərin ənənəvi açarla bağlanmasını tələb edə bilərlər. Bəzən sürücülər özləri təkər dəyişdikdə boltları sıxmaq üçün ya açarın üstünə çıxır, ya da əlavə borudan istifadə etməklə boltları daha bərk sıxırlar. Nəzərə almaq lazımdır ki, avtomobil təmiri üçün lazım olan açarlar insanın qol qüvvəsinə əsaslanır. Açarın üstünə çıxmaq, yaxud, əlavə güc üçün boru salmaz yalnız yivli birləşmələrə zərər verir.
Vüqar Yaşaroğlu
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var
2025-ci ilin ən böyük avtomobil istehsalçıları: "Toyota" liderdir
Çinin avtomobil sənayesi qlobal iqtisadiyyata təzyiq edir
Avtomobilin uzun müddət hərəkətsiz qalmasından yaranan problemlər
Çin avtomobilləri öz sahiblərini "girov götürür" - VİDEO











