Banner

Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?

Avtoxəbər 22 Oktyabr 2026 23:59
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
WhatsApp kanalımıza abunə olun

Satışa çıxarılan avtomobillərin təkərlərinin qaraldılması adi haldır. Məqsəd maşına gözəl görünüş vermək, müştəri cəlb etməkdir. Lakin gündəlik həyatda təkərləri qaraldan sürücülərə çox rast gəlirik. Bəs bu qaraltma təkərə necə təsir edir?

Avtosfer.az xəbər verir ki, təkəri qaraltmaq üçün həm ucuz və keyfiyyətsiz, həm də peşəkar vasitələr mövcuddur.  İş burasındadır ki, təkər də qulluq tələb ediur.

Lakin düzgün olmayan müdaxilə onu daha da korlayır. Tərkibində böyük miqdarda həlledici və silikon olan, mənşəyi naməlum ucuz vasitələr təkərə fayda yox, zərər verir.

Təkər üçün ən təhlükəli məqam onun zaman keçdikcə sərtləşməsidir. Bu proses təbii amillərin və istismarın nəticəsində tədricən gedir. Lakin, ucuz təkrqaraldıcılardan bol və müntəzəm istifadə şinin səthindəki yumşaldıcıların sürətlə xaric olunmasına gətirib çıxarır.

Buna görə də təkər öz elastikliyini daha tez itirir, sürətlə köhnəlir. Bir sözlə, gözəllik üçün işlədilən vasitə əslində təkərin kimyəvi aşınmasını tezləşdirir.

Yekun olaraq deyək ki, təkərə qulluq vacibdir. Lakin bu, ucuz, əl altındakı vasitələrlə aparılmamalıdır.

Sənaye istehsalı olan qulluq vasitələrinin də seçimi zamanı mövsümə və təkərin tipinə diqqət yetirilməlidir.

Rusiya kimi soyuq region üçün nəzərdə tutulan əla keyfiyyətli vasitə Azərbaycan şəraitində yaramır. Ya da isti ölkə üçün istehsal olunmuş vasitə ilə Rusiyada nəticə almaq mümkün olmur.

Vüqar

Oxunub : 94
ŞƏRH YAZ
Ad

E-mail

Şərh