Təkərin balans edilməsi nəyə xidmət edir? - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!

Son 150 ildə mexaniki emal kütləviləşdikdən, fırlanma sürəti artdıqdan sonra balansirəmə məsələsi də aktuallaşdı. Bəs balansirləmə nədir, onun avtomobildə rolu nədən ibarətdir?
Avtosfer.az xəbər verir ki, termin Azərbaycan Sovet Ensiklopediyasında belə izah edilir: BALANSİRLƏMƏ – fırlanan maşın hissələrinin müvazinətə gətirilməsi.
Balansirləmə xüsusi dəzgahlarda aparılır. Avtomobil təkərlərinin balansirlənməsi də ayrıca vacib məsələlərdəndir.
Şin və disk istehsal edilərkən kütlələr qeyri-bərabər paylanır. Bu hal istehsal qüsuru deyil, konstruktiuv xüsusiyyətdir. Bunu aradan qaldırmaq üçün şin diskə keçirildikdən sonra xüsusi aqreqatda böyük dövrdə fırladılır. Bundan sonra ortaya çıxan balanssızlıq qurğuşun kütlələrin diskə bərkidilməsi yolu ilə aradan qaldırılır. Bəs bu əməliyyat vacibdirmi?
Şinlərin balansı pozulduğu zaman sükan çarxı “vurur”, avtomobildə əlavə titrəyişlər yaranır. Vaxtında aradan qaldırılmadıqda bu titrəyişlər asqı və sükan mexanizmini dağıda bilir. Buna görə də hər təkər dəyişdikdə, təkər ciddi zədə aldıqda, yaxud da adi qaydada ildə 1 dəfə təhkərlərin balansının yoxlanılması mütləqdir.

Bəzən elə olur ki, təkər, yaxud disk balansa gəlmir. Bu, ciddi istehsal xətası və ya zərbənin əlamətidir. Bu cür qüsurlu detalları avtomobilə quraşdırmaq olmaz.
Vüqar
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












