Təkərlərin qiyməti qalxdı – ƏN UCUZ XİDMƏT HARDADIR?

Avtomobilində qış şinlərini yeni yay şinlərinə dəyişmək istəyənlər xoşagəlməz sürprizlə qarşılaşacaqlar. Avtosfer.az fins.az-a istinadən xəbər verir ki, MDB ölkələri üzrə bəzi şin istehsalçıları qiymətləri 4-9% bahalaşdırıb. Marketoloqların açıqlamasına görə, buna səbəb yeni şinlərə olan tələbdir. "Tələb artır və buna görə qiymətlərdə artır. Bu o vaxta qədər davam edəcək ki, bazar dolandan sonra yeni mərhələyə keçid alacaq. Yeni mərhələ onunla bağlıdır ki, işlənmiş şinlərə qiymət də qalxacaq. Bu isə 1,5 - 2 ildən tez olmayacaq".
Təkər şinlərinin qiymətinin artması xammalın dəyərinin artması ilə bağlıdır. Təbii kauçuk bu il 9% bahalaşıb. Lakin bazar mütəxəssisləri iddia edirlər ki, bu bəyanatlar əsassızdır. Çünki indi satılan yay şinləri köhnə qiymətlərlə alınan xammaldan düzəlir.
Ekspertlərin dediyinə görə, indi əksinə qış rezini almaq tövsyyə olunur. Avtomağazalar qalan mallar üçün yaxşı mövsümi güzəştlər təklif edir. Bundan başqa ekspertlər rezini gələcək üçün almağı məsləhət görmürlər. Çünki düzgün saxlanılma şərtlərinə riayət edilməsə, onlar xarab olur. İkincisi şinlərin qiymətinin xeyli bahalaşması gözlənilmir.
Onu da qeyd edək ki, Rusiyada rublun devalvasiyası avtomobil şinlərinin istehsalını çox rentabelli edib.
Qiymətlərə gəlincə, şinlərin yenilənməsi üzrə MDB ölkələri arasında ən yüksək qiymət Rusiyanın paytaxtı Moskva şəhərindədir: - R14-ün 4 təkərində şinlərin dəyişməsi və balans 25 dollara başa gələcək. Belorusiyanın paytaxtı Minskdə analoji xidmət 5 dollar daha ucuz olacaq - 20 dollara.
Ən ucuz yeniləmə Bakıdadır - 8 dollar. Buna səbəb paytaxtımızda qışın çox sərt olmamasıdır. Ona görə də təkərlərin dəyişilməsinə tələb yüksək deyil.
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?










