“Tesla” avtomobillərin qiymətini XEYLİ QALDIRACAQ – Fevralın 1-dən

“Tesla” Kanadadakı bütün avtomobillərin qiymətini qaldıracaq. Avtosfer.az xəbər verir ki, bu, fevralın 1-dən baş tutacaq.
Məlumata görə, “Model 3”ün modellərində 2874 – 6465 ABŞ dolları (bugünkü məzənnə ilə 4.885 -10.991 manat) aralığında qiymət artımı olacaq.
Qiymət artımının təfərrüatları:
Model 3:
“Long Range” RWD: +4,000 CAD (4.885 manat)
“Long Range” AWD: +8,000 CAD (9.770 manat)
“Performance”: +9,000 CAD (10.991)
“Model Y” (all variants): +4,000 CAD (4.885 manat)
“Model S” (all variants): +4,000 CAD (4.885 manat)
“Model X” (all variants): +4,000 CAD (4.885 manat)
Bildirilir ki, qiymət artımı ilə bağlı bu gözlənilməz addım Kanadanın baş naziri Castin Trüdonun çərşənbə axşamı etdiyi bəyanatından sonra atılıb. Belə ki, Trüdo ABŞ prezidenti Donald Trampın fevralın 1-dən Kanada və Meksikadan idxal rüsumlarını 25 faiz artıracağı təqdirdə onun hökumətinin buna reaksiya verəcəyini bildirmişdi.
Qeyd edək ki, Kanada artıq Şanxayda istehsal olunan “Tesla” avtomobilləri də daxil olmaqla Çindən elektrik avtomobillərinin idxalına 100 faizlik rüsum tətbiq edib.
Namiq Musayev
"Lamborghini" rekord sayda avtomobil satıb - 10 mindən çox
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - 2000 manata qədər ...
Avtomobildə qazdan zəhərlənmə təhlükəsi - Risk yaradan səbəblər
"Volvo"dan genişmiqyaslı yenilənmə: İki milyondan çox avtomobili əhatə edəcək
Bir USB ilə bütün sistemi sıradan çıxa bilər - Avtomobil üçün gizli təhlükə
Bu məşhur 5 avtomobili almayın! - SİYAHI
Maşınınıza ehtiyat hissələri alarkən diqqətli olun: Köhnə və xarab detallar satılır
Çin istehsalı olan avtomobillərin hərbi obyektlərə girişi qadağan edilir
Avtomobil qışda neçə gün hərəkətsiz qala bilər? - AÇIQLAMA
“BMW” və “Porsche”lər öz-özünə sönməyə başlayıb – Səbəb nədir?
Bakıda “kitayski” maşınlar niyə bahalaşdı?











