"Tesla" Çində hazırlanan hissələrdən istifadəni dayandırmağı tələb edib - KİV

Amerikanın elektromobil istehsalçısı "Tesla" öz təchizatçılarından ABŞ-də avtomobil istehsalı zamanı Çində hazırlanan komplektləşdirici hissələrdən imtina etmələrinə dair göstəriş verib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.
İddiaya görə, şirkət yaxın bir-iki il ərzində tamamilə Çindən kənarda istehsal olunan detalların istifadəsinə keçmək istəyir.
"Tesla" ABŞ-də istehsal olunan avtomobillərində Çin istehsalı olan komplektləşdirici hissələrdən imtina edilməsini təchizatçılarından tələb edir ki, bu da ABŞ və Çin arasında dərinləşən geosiyasi gərginliyin nəticələrinin yeni nümunəsidir... Şirkət yaxın bir-iki il ərzində tamamilə Çindən kənarda istehsal olunan detalların istifadəsinə keçməyi hədəfləyir", – xəbərdə qeyd olunub.
Mənbələrin məlumatına görə, "Tesla" bu ilin əvvəlində ABŞ-də istehsal olunan avtomobilləri üçün Çin təchizatçıları ilə əməkdaşlığı dayandırmaq qərarı verib: "Tesla" və onun təchizatçıları artıq bəzi Çin istehsalı hissələri digər ölkələrdə istehsal olunan detallar ilə əvəz ediblər. Qeyd olunub ki, şirkət ABŞ Prezidenti Donald Trampın Çin idxalına yüksək rüsumlar tətbiq etməsindən sonra Çin istehsalı olan hissələrdən imtina planlarının həyata keçirilməsini sürətləndirib.
Avtomobil istehsalı ilə bağlı yeni qaydalar qüvvəyə minir
Siyasətçi Çin avtomobillərini xərçəng xəstəliyi ilə müqayisə etdi
"Bu maşınların qiyməti cüzi arta bilər" - Hörmüz böhranının Azərbaycana təsirləri
Avtomobil nömrəsini itirən sürücü nə etməlidir?
Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ
Avtomobiliniz hər an yana bilər: Maşınınızı həvəsinizə qurban verməyin
İlk iş günü Nizamidə yaranan tıxacın görüntüsü yayıldı - VİDEO
30 ailə yığışıb 1 avtomobil aldı – ETİBARNAMƏSİZ - FOTO
“Zeekr” özbəkləri belə ziyana salır
Yaxın Şərqdəki gərginlik avtomobil idxalını vurur: Bahalaşma qaçılmazdır? - VİDEO
Elektromobil polisin işinə yaramadı










