“Tesla” maşınlarını tənqid edənləri məhkəməyə verib CƏRİMƏ ETDİRİRLƏR

Amerikanın avtomobil istehsalçısı “Tesla” narazı elektromobil sahiblərini, həmçinin bloqer və media orqanlarını məhkəməyə verməyi vərdişə çevirib.
Avtosfer.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Çin hökuməti tərəfindən dəstəklənən “Tesla” bir çox hallarda məhkəmələrdə qalib gəlir və narazı istehlakçıları nəinki təzminatsız, həm də xeyli borc içində qoyur.
“Tesla” son bir neçə ildə Çində altı müştərini, altı bloqeri və iki media orqanını məhkəməyə verib. Şirkət 14 işdən 11-də qalib gəlib. Onlardan biri məhkəmədən kənar, ikisi isə apellyasiya şikayəti əsasında həll edilib.
İddialardan biri “Model 3”ün sahibi Zhang Yazhou tərəfindən qaldırılıb. Yazhou elektrik avtomobilinin əyləclərinin sıradan çıxması nəticəsində qəzaya uğradığını iddia edib. Zhang qəzaya uğramış elektrik avtomobilini “Tesla” dilerinin qarşısında saxlayıb, avtomobilin üzərinə “əyləc nasazlığı” yazılmış pankartla örtüb və əlində səsucaldıcı ilə avtomobilin üzərinə çıxaraq etirazını bildirib.
“Tesla” isə əyləc nasazlığına dair heç bir dəlil olmadığını iddia edərək Zhanga qarşı böhtan iddiası qaldıraraq qalib gəlib. Zhanga 23 min dollar (39100 manat) təzminat ödəmək və ictimaiyyətdən üzr istəmək cəzası verilib. Təqsirləndirilən şəxs isə istehsalçını tənqid etmək hüququna malik olduğunu bildirərək qərarı rədd edib.
Digər diqqətçəkən məqamlardan biri isə bloqer və “Tesla” sahibi Feng Shiming arasında yaşanıb. O, da elektromobilin əyləclərinin nasaz olması barədə yazdığına görə məhkəməyə verilmiş və 34 min dollar (57800 manat) təzminat ödəmişdi.
Qeyd edilir ki, “Tesla” 2019-cu ildə Şanxay ətrafında iri fabrik açıb. Şirkət, o vaxtkı şəhərin partiya katibi olmuş Li Qianqın rağbətini qazanmışdı. Li hazırda Çinin baş naziridir. Çin media mənbələri “Tesla” haqqında mənfi məlumatların yayılmaması üçün əmrlər aldıqlarını təsdiqləyiblər.
Namiq Musayev
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...










