Teslanın avtopilotunu çaşbaş salan sürücülərimiz

Tesla şirkəti elektromobil bazarına gec girsə də, ciddi nəticələr əlıdə etməyib bacarıb. Şirkətin texnikaları süni intellektin geniş tətbiqi ilə sürücülərin işini asanlaşdırıb. Sürücüsüz texnika sahəsində də irəli addımlar atılıb.
Gəl ki, Azərbaycanda Teslanın tam avtopilot sistemi Azərbaycanda özünü doğrultmur. Xüsusən də rayon yollarında. Səbəb də bir qədər qəribədir.
Bir neçə gün əvvəl mənə Ağdaşdan Bakıya Tesla ilə qayıtmaq nəsib oldu. Təxminən 300 kilometr yolda maşının üstün və naqis cəhətlərini də görməyim üçün şans yarandı. Doğrudur, bu cür xəbərlər foto ilə müşayiət olunduqda daha maraqlıdır. Lakin avtomobilin sahibi tanınmış şəxs olduğundan xəbəri başqa foto ilə ilə verməli oldum.
Problem nədədir? Teslanın avtopilot sisteminə müəyyən sürəti verdikdən sonra sürücü ayağını pedaldan çəkərək rahat ola bilər. Maşın verilmiş traektoriya ilə peşəkar sürücü kimi hərəkət edəcək. Amma...
Bizim sovetdən qalmış sürücülük ənənələrimiz Teslaya tam etibar etməyə imklan vermir. Rayon yerlərində sürücülər dədə-babadan öyrəndikləri vərdişlə maşını yolun ortası ilə sürürlər. Qarşıdan gələn avtomobil xətti 1 santimetr olsa belə tapdaladığı təqdirdə Teslanın kameraları bunu “görərək” maşını kəskin tormozlayır. Bu kameralar eynilə piyadaları, heyvanları, ara yoldan əsas yola dayanmadan çıxan maşınları da çox yaxşı “görür” və reaksiya verir. İstənilən qəza ehtimalında maşın özü-özünü tormozlayır. Bir sözlə, amerikalı proqramçıların qurduğu süni intellekt bizim davranışımızı qavramaqda hələ ki, acizdir (necə ki, soyuq müharibə dövründə amerikalılar sovet adamlarını dərk etməyə çətinlik çəkirdilər). Bu səbəbdən sürücü avtopilot sistemini işdən ayıraraq idarəetməni öz əlinə almalıdır.
Bəlkə də ilk baxışdan çox da ciddi görünməyən bu məsələ qəza şəraiti formalaşdırır. Ötmə əməliyyatı etməyən sürücü qarşıdan gələn maşının yoluna çıxırsa, bu ciddi qayda pozuntusudur. Lakin rayon yerlərində bu, bir növ normaya çevrilib. Polis və kamera olmayan yerlərdə sürücülərin genetik yaddaşı işə düşür və yolun ortası ilə gedirlər. Belə qayda pozuntularının aradan qaldırılması üçün xarici təcrübədə çox yaxşı nümunələr var. Lakin bu, başqa xəbərin mövzusudur.
VACİB QEYD: Bu xəbər hansısa avtomobil istehsalçısını gözdən salmaq niyyəti daşımır. Müəllifin Tesla şirkətinə qarşı heç bir iddiası yoxdur. Məqsədimiz Azərbaycanda mövcud olan xoşagəlməz vəziyyəti işıqlandırmaqdır.
Vüqar Yaşaroğlu
Türkdilli ölkə antik avtomobillərlə bağlı Almaniya sisteminə keçir - FOTO
İki Avropa ölkəsi Çin avtomobillərində təhlükə görür
Yol qəzalarından sonra sığorta ödənişi niyə yubanır? - VİDEO
Çin qlobal avtomobil sənayesini fəth etdi, veteran AB brendləri isə…
"Lamborghini" rekord sayda avtomobil satıb - 10 mindən çox
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - 2000 manata qədər ...
Avtomobildə qazdan zəhərlənmə təhlükəsi - Risk yaradan səbəblər
"Volvo"dan genişmiqyaslı yenilənmə: İki milyondan çox avtomobili əhatə edəcək
Bir USB ilə bütün sistemi sıradan çıxa bilər - Avtomobil üçün gizli təhlükə
Bu məşhur 5 avtomobili almayın! - SİYAHI
Maşınınıza ehtiyat hissələri alarkən diqqətli olun: Köhnə və xarab detallar satılır











