Reklam

Texniki baxış zamanı nə qədər artıq pul ödəniləcək? – Utilizasıya pulu hara xərclənəcək?

Avtoxəbər 22 Dekabr 2023 15:00 Oxunub 20094
Texniki baxış zamanı nə qədər artıq pul ödəniləcək?  – Utilizasıya pulu hara xərclənəcək?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı Azərbaycanda həyata keçiriləcək utilizasıya prosesi ilə bağlı fikirlərini açıqlayıb. Avtosfer.az xəbər verir ki, ekspertin sözlərinə görə, artıq dünən nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da DİN tərəfindən dəyişiklik edilib.

Qərarla nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı, dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir.

Sənədlə bağlı bənd 2024-cü il fevralın 1-dən qüvvəyə minir: “Yəni qərarın icrasına gələn ilin fevralında başlanılacaq. Amma nəzərə almaq lazımdır ki, artıq bir neçə aydır Baş nazir Əli Əsədov Azərbaycanda utilizasiya prosesi ilə bağlı qaydaları təsdiq edib. Qaydalarda göstərilir ki, vətəndaşlar öz köhnə avtomobillərini utilizasiyanı həyata keçirən quruma təqdim etdikdə ona nağd pul və ya çek verilir. Vətəndaş həmin çek əsasında bir dəfə özünə yeni avtomobil almaq üçün müraciət edə bilər. Yaxud, bir neçə çeklə də məsələ həll edilə bilər. Bütün bunlar utilizasiya ilə bağlı əsas məqamlardır”.
Ekspert hesab edir ki, daha bir vacib məqam insanların köhnə avtomobillərə marağını azaltmaqla bağlıdır: “Çünki ölkədə yol qəzalarının 70 faizi ili köhnə avtomobillərin iştirakı ilə baş verir. Bu qərar ölkədə nəzərdə tutulmuş utilizasiya proqramı çərçivəsindədir. Əsas məqsəd ölkədə avtomobil parkının yenilənməsi, ekoloji muhitin qorunması, ən əsası da, baş verən qəzalarda ölüm sayının azaldılmasıdır. Bu metod dünyanın bütün ölkələrində tətbiq olunur. Təsəvvür edin, eyni model avtomobilin yeni versiyası ilə xaricdə baş verən qəzaya baxırıq ki, xəsarət alan belə olmadı. Bizdə isə həmin modelin 20 il istmismar olunan versiyasında kiçik bir qəzada 4 nəfər ölür. Odur ki, utilizasiya prosesi ilə bağlı atılan addımları alqışlamaq lazımdır.

Onu da qeyd edim ki, texniki baxış zamanı vətəndaşlardan tələb olunacaq rüsum bu cür olacaq;
1-10 il - 10 manat
11-21 il - 20 manat
21-31 il -30 manat
31 ildən yuxarı olanlar 40 manat.

Bu pulların Daxili İşlər Nazirliyinə və ya yol polisinə heç bir aidiyyatı yoxdur. Pullar Utilizasiya Fonduna toplanacaq. Yuxarıda dediyim kimi, vətəndaş köhnə avtomobilini təhvil verdikdə ona ödəniləcək pul fonda yığılan pul olacaq. Yəni sürücülərin texniki baxış zamanı ödəyəcəkləri pul Utilizasiya Fonduna yığılacaq və oradan da köhnə maşını təhvil verənlərə paylanacaq”.

Elməddin Muradlı hesab edirki, istehsal ili 10 ilədək olan avtomobillərə görə rüsum alınmasını dayandırmaq lazımdır. Çünki bunlar yeni avtomobil sayılır: “Məntiqlə yanaşsaq, 10 ilədək olan avtomobilin sürücüsündən də 10 manat rüsum tələb etməyi əsaslandırmaq çətindir. Ola bilsin ki, gələcəkdə elektrik avtomobillərə keçidi sürətləndirmək üçün belə qərar vermək olar. İndiki halda 10 ilədək olan maşınlara görə rüsumu məntiqli saymıram”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə  "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh