Texniki baxışa gedənlərə şad xəbər - ƏZİYYƏTƏ SON QOYULDU

Nazirlər Kabineti "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edib. Avtosfer.az xəbər verir ki, nəqliyyat vasitələrinin sahibləri (səlahiyyətli olan şəxs), onlara məxsus nəqliyyat vasitələrini texniki baxış talonunda müəyyən edilən vaxtdan gec olmayaraq dövlət texniki baxışına texniki cəhətdən saz vəziyyətdə təqdim etməyə borcludur. Əsasnaməyə əsasən nəqliyyat vasitələrinə dövlət texniki baxışı nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş etibarnaməsi olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, "Dövlət rüsumu haqqında" qanun ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbzlər, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının "İcbari sığortalar haqqında" qanuna uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsi] və nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə), təqdim edildikdən sonra həyata keçirilib. Dəyişikliyə əsasən bu sənədlərdən biri ilə bağlı tələb dəyişib. Artıq nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı deyil, ümumiyyətlə texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi tələb olunacaq.
Texniki baxış zamanı nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə) təqdim olunduqda nəqliyyat vasitəsinə texniki baxış keçirilir. İndiyə qədər nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan təsərrüfatlarda hüquqi və fiziki şəxslər nəqliyyat vasitələrinə təminatlı texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir sahələrində aparıblar. Dəyişikliyə əsasən isə bundan sonra nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan təsərrüfatlarda hüquqi və fiziki şəxslər nəqliyyat vasitələrinə texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir sahələrində aparacaqlar.
Elmin
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var
2025-ci ilin ən böyük avtomobil istehsalçıları: "Toyota" liderdir
Çinin avtomobil sənayesi qlobal iqtisadiyyata təzyiq edir











