Texniki baxışa getməyən 164 sürücü cərimələndi - Bakıda

Bakıda yol polisi tərəfindən 164 sürücüyə inzibati protokol yazılıb. Buna səbəb həmin sürücülərin avtomobili vaxtında texniki baxışdan keçirməməsidir. Bu barədə Avtosfer.az-a məlumat verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, cərimə olunan sürücülərə texniki baxışdan keçmək üçün qanunla 10 gün vaxt verilir. Bu müddət ərzində onlar nəqliyyat vasitəsini texniki baxışdan keçirməsələr yenə də cərimə oluna bilərlər.
Vaqif Əsədovun sözlərinə görə, DYP tərəfindən saxlanılan avtomobillər arasında minik və yük maşınları ilə yanaşı, avtobuslar da var: «Məlumat vermişdik ki, noyabrın 1-dən etibarən bütün növ nəqliyyat vasitələrinə texniki baxış müddəti başa çatıb. Avtomobili texniki baxışdan keçirməyən sürücülərə müraciət edərək bir daha diqqətə çatdırmaq istəyirəm ki, gecikmədən texniki baxışdan keçsinlər. Bəzən sürücülər düşünür ki, texniki baxışdan keçmədiyi üçün avtomobili diaqnostika mərkəzinə apardıqda ona cərimə yazılacaq. Lakin bildirirəm ki, heç bir cərimə yazılmayacaq. Avtomobil müayinə olunacaq və hər şey qaydasındadırsa texniki baxış talonu veriləcək».
Qeyd edək ki, avtomobili texniki baxışdan keçirmədən idarə edən sürücüləri 50 manat cərimə gözləyir.
Elmin
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












