Texnologiya milyarderləri hansı avtomobili sürür? - FOTO

Onların qurduqları və ya idarə etdikləri şirkətlərin məhsulları gündəlik həyatımızın bir hissəsinə çevrilib. Avtosfer.az xəbər verir ki, bu səbəbdən atdıqları hər addım, dedikləri hər söz hadisə olur. Bu dəfə isə texnologiya milyarderlərinin sürdükləri avtomobilləri sizə təqdim edirik:
Tim Cook
İlk avtomobili Porsche Boxster olan Tim son zamanlar "BMW 5" ci seriya istifadə edir.

Elon Musk
"Tesla" ve "SpaceX"in təsisci ortağı olan milyarder Elon Musk 1967-ci il model 1 E-Type "Jaguar"ından əl çəkə bilmir.

Mark Zuckerberg
"Facebook"un yaradıcısı Mark Zuckerberg bir çox avtomobilə sahibdir, "Acura TSX" da onlardan biridir. Gənc milyarder sonuncu dəfə 1,3 milyon dollardan başlayan qiymətlərlə satılan "Pagani Huayra" əldə edib.

Bill Gates
Bill Gates Porsche kolleksiyasına sahibdir. Ancaq favoriti 13 il öncə aldığı Porsche 959 modelidir.

Jeff Bezos
Ən dəyərli e-ticarət və texnologiya şirkətlərindən olan Amazonun qurucusu "Jeff Bezos" 1996 modeli, 4 min dollar qiymətə malik "Honda Accord" sürür.

Evan Spiegel
Snapchat’ın yaradıcısı Evan Spiegel çoxlu lüks avtomobilə sahibdir və sonuncu dəfə 2013-cü ildə özünə Ferrari California alıb.

Sergey Brin
Googlenin təsisçi ortağı Sergey Brin "Tesla" nın ən sadiq müştərilərindən biridir. Şirkətin son modeli "Tesla Model X"ə də sahib olan 4-cü şəxsdir.

Larry Page
Larry Page də Sergey Brin kimi Tesla-nın ən sadiq müştərilərindən və eyni zamanda ilk yatırımçılarındandır.

Sean Parker
Napster’in qurucusu və "Facebook" un ilk rəhbəri olan Sean Parker San-Fransiskoda "Audi S5" idarə edir. Los-Ancelesdə olduğu zamanlarda "Tesla Model S" ə üstünlük verir.

Larry Ellison
Oracle’nin qurucusu Larry Ellison son zamanlar ən çox "Lexus LFA"nı idarə edir.

Michael Dell
Dellin yaradıcısı Michael Dell çoxlu avtomobilə sahibdir. Bunların arasında artıq istehsalı dayandırılımış "Hummer H2" modeli də mövcuddur. Favoriti isə "Porsche Carrera GT" modelidir.

Dustin Moskovitz
"Facebook"un ilk ortaqlarından olan "Dustin Moskovitz Volkswagen" R32 Hatchback avtomobilini sürür.

Steve Ballmer
Microsoftun qurucu ortağı, eyni zamanda Los Angeles Clippers NBA klubunun sahibi Steve Ballmer "Ford Fusion Hybrid" istifadə edir.

“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı











