Təzə təkər bazarında canlanma yaranıb - QİYMƏTLƏR - VİDEO

Son zamanlar yeni təkər bazarında canlanma müşahidə edilir. Avtosfer.az-ın məlumatına görə, istehsal edildiyi ölkə və keyfiyyətinə görə təkərlərin qiymətləri müxtəlifdir. Hər bir müştəri cibinə uyqun təzə təkəri rahatlıqla bazarda tapa bilir. Hazırda yeni təkər bazarında ən bahalı təkərlər Avropa brendləri sayılır. Ən ucuz təkərlər isə Çində istehsal ediləndir. Satıcıların sözlərinə görə, Avropa təkərləri ilə müqayisədə Çin istehsalı olan təkərlərin ömrü çox az olur və keyfiyyəti zəif olduğundan əlavə səslər gəlir, həmçinin idarəetmə qabiliyyəti azalır. Bütün bunlara rəğmən, qiymətinə görə Çin təkərlərinə maraq çoxdur.
Hazırda bazardakı ən ucuz 16-lıq təkərin qiyməti 65 manatdır. Ən bahalı təkərlər isə "ofroader" tipli avtomobillərdə istifadə ediləndir və 275 / 50/ 21 ölçülərində olan bu təkərin 1 ədədinin qiyməti 945 manatdır.
Satıcıların sözlərinə görə, hazırda yeni təkər bazarında ötən dövlərə nisbətən canlanma müşahidə edilir, əsas artımın isə yaz aylarında olacağı gözlənilir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












