Tezliklə benzinli maşınlardan imtina ediləcək – Avropada

“The İndependent” yazır ki, Avropa qazıntı və mədən yanacağından xilas olmaq yolunda hərəkətini davam etdirir. Avtosfer.az xəbər verir ki, son vaxtlar Hollandiya bir sıra yenilikçi “yaşıl enerji” qanunları qəbul edib. Məqalədə deyilir ki, Hollandiya hökuməti 2025-ci ildə benzin və dizellə işləyən avtomobillərin satışını tamamilə qadağan etmək niyyətindədir.
Lakin bunun üçün Leyborist partiyasının hələ mart ayında verdiyi təkliflər parlamentdən keçməlidir. Bundan sonra Hollandiya da Norveç və Danimarka kimi elektrik avtomobilləri sənayesinin inkişaf etdirilməsini sürətləndirəcək.
Bu arada Almaniyada da alternativ və bərpa olunan enerji növləri nüvə və qazıntı yanacağını sıxışdırıb çıxarmaqda davam edir.
Avropadan kənarda, Hindistan və Çin avtomobillərdən istifadənin məhdudlaşdırılması üçün tədbirlər görür.
“The İndependent” yazır ki, Hollandiyanın siyasi partiyaları benzin və dizellə işləyən bütün avtomobillərin satışını qadağan etmək barədə qanun layihəsini oktyabrın 13-də müzaklirə etməlidirlər.
Avropa benzin və dizeldən xilas olmaq yolunda inamla hərəkət edir, İndependent nəşri yazır.
Hökumət ekspertləri bildirirlər ki, Hollandiya hökuməti Paris İqlim Dəyişikliyi Sazişindəki hədəfi qarşılamaq əzmindədir. Bu isə istixana qazları emissiyasının 80 faiz azaldılaraq 1990-cı il səviyyəsinə endirilməsi deməkdir.
“The İndependent” yazır ki, əgər benzin və dizel işlədən avtomobillərin 2025-ci ilədək tam qadağanı qanunu qəbul edilərsə, belə avtomobillər 2035-ci ilədək Hollandiyadan yox olacaq.
Bununla belə, Hollandiyanın Ətraf Mühit Nazirliyinin sözçüsü “The İndependent” qəzetinə deyib ki, sözü gedən qanun layihəsinin parlamentdən keçirilməsi elə də asan olmaya bilər.
Lakin burası bəllidir ki, Avropa benzin və dizeldən xilas olmaq yolunda inamla hərəkət edir.
Norveç qarşıdan gələn üç il üçün nəzərdə tutulmuş elektrik avtomobilləri satışı öhdəliyini artıq indidən icra edə bilib və əhaliyə 50 min elektrik avtomobili satılıb.
“The İndependent” yazır ki, hökumət elektrik avtomobilləri üzərindən əlavə gəlir vergisini götürüb. Bu isə Norveç qanunlarına görə o deməkdir ki, elektrik maşınları hazırkı qiymətindən 50 faiz ucuz olacaq. Bu arada Danimarka ötən ilin iyulunda külək enerjisindən o qədər elektrik alıb ki, onun artığını Almaniya, Norveç və İsveçə sata bilib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












