Tıxacda sərf edilən benzin, "qaynadan" motor - Mütəxəssisdən çıxış yolu

Gündəlik olaraq nəqliyyat vasitələrindən istifadə edən hər kəsin ortaq problemlərindən biri də tıxaclardır. Xüsusən pik saatlarda daha çox müşahidə olunan tıxacların yaranmasına bir yox, əslində bir neçə səbəb zəmin yaradır. Qışda ucu-bucağı görünməyən tıxaclarda saatlarla qalan sürücülər yay fəslinin gəlməsini səbirsizliklə gözləyir. Sürücülər yayda paytaxt sakinlərinin istirahətə getdiyini, təhsil müəssisələrinin bağlandığını düşünərək yolların seyrəkləşməsinə ümid bəsləyirlər. Amma təəssüf ki, bu yay paytaxt aparılan təmir-bərpa işləri yolları qışdakından daha iflic hala salıb. Artıq tıxaclar günün pik deyil, bütün saatlarında olur.
Belə halda bir sual yaranır. Bəs, isti havalarda saatlarla tıxacda qalmaq avtomobillərə necə təsir edir? Sürücülər hər hansısa bir problemin yaranmaması üçün nə etməlidir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Lent.az-a açıqlama verən avtomobil ustası Akif Məmmədov bildirib ki, tıxaclarda diqqət edilməli əsas nüans maşınlar arasında olan məsafədir:
“Tıxacda maşınlar arasında ən az 1.5 -2 metr məsafə olmalıdır. Çünki qarşıdakı maşının “qruşitel”indən çıxan havanı arxadakı maşın götürür və hava isti olduğu üçün onu tam soyuda bilmir. Digər problem mühərrikin qaynatması da bununla bağlıdır. Avtomobilin soyutma qurğusu işə düşəndə qarşıdakı maşının isti havasını götürdüyü üçün soyuda bilmir. Bu da mühərrikin qaynamasına səbəb olur”.
Mütəxəssisin sözlərinə görə, əsas problemlərdən biri də tıxaclarda benzin sərfiyyatıdır:
“Hər kəsin bildiyi kimi avtomobil tıxacda işlək vəziyyətdə olduğu üçün benzin sərf edir. Lakin yeni nəsil – 2013-2014-cü ildən sonra istehsal olunan maşınlarda bu sistem tənzimlənib. Yəni, avtomobil tıxacda gözləyən zaman sürət 0-a düşən kimi mühərrik avtomatik olaraq sönür. Ayağı əyləcdən götürən kimi avtomobil yenidən işə düşür. Bu, həm benzin sərfiyyatı, həm də ekologiya üçün olduqca sərfəlidir”.
Bəs, ziyanın qarşısını necə alaq?
Sualı cavablandıran A.Məmmədov bunun heç bir variantının olmadığını deyib:
“Tıxacların avtomobilə vurduğu ziyanın qarşısını almaq çox çətindir. Avtomobili tıxacdan qorumağın yeganə üsulu alternativ yollardan istifadə etməkdir. Ya da səhər və axşam pik saatlarda yola çıxmamaq. Başqa variantı yoxdur”.
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir










