Toy karvanında «avtoş»luq edən bəyin dostları həbs olundu - VİDEO

Ağdaşda toy karvanında olan bəzi sürücülər avtoxuliqanlıq etdiyinə görə dəfələrlə yol polisləri tərəfindən saxla əmri verilib, amma onlar buna məhəl qoymayıblar. Yol polisi əməkdaşları həmin maşınların dövlət nömrə nişanlarını qeydiyyata alaraq barələrində protokol tərtib edib. Keçirilən reydlə Elmin Xəlilzadə, Elnur Mustafayev, Aqşin Əhmədov digər dostları ilə birlikdə polis tərəfindən saxlanılıb, maşınları isə cərimə meydançasına aparılıb. Saxlanılan 8 sürücü Ağdaş rayon məhkəməsinin qərarı ilə 18, bir sürücü isə 15 gün müddətinə inzibati qaydada həbs olunub. Onlar həmçinin, bir il müddətinə sürücülük hüququndan məhrum ediliblər.
***
Ağdaş yol polisinin əməkdaşları qayda pozan sürücülərə qarşı reyd keçirib. Reyd zamanı bir necə sürücülər tərəfindən sürət həddinin aşılması, ötmə, manevretmə qaydalarının pozulması, qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin yolun hərəkət hissələrində yerləşməsi və sənədlərinin qaydasinda olmayan sürücülər aşkar edilib. Reyd zamanı doqquz sürücü avtoxuluqanlıq etdiyinə görə saxlanılıb. Habelə reyd zamanı toy karvanında olan maşınların sürücülərinin avtoxuliqanlıq etmələri aşkarlanıb. Yol polisləri tərəfindən dəfələrlə “saxla” əmri verilsə də, onlar buna məhəl qoymayıblar. Avtomobillər saxlanılaraq sürücülər barəsində tədbir görülüb. Yol polisi tərəfindən saxlanılan sürücülər isə qayda pozuntularına görə özlərinə haqq qazandıraraq bunun toy adəti olması ilə əsaslandırıblar. Saxlanılan 8 sürücü barəsində Ağdaş Rayon Məhkəməsi tərəfindən 18 gün, bir sürücü barəsində isə 15 gün müddətinə inzibati qaydada həbs və 1 il sürücülük hüququndan məhrumetmə qərarı verilib.
Bu cür reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.
Mövzu ilə bağlı videomaterialı təqdim edirik.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR













