Toy karvanında hoqqabazlıq – Maşını tərsinə sürdü – VİDEO

Bakıda toy karvanında təhlükəli hərəkətlər edən sürücünün videosu yayılıb. Avtosfer.az-ın məlumatına görə, sosial şəbəkələrdə oktyabrın 3-də yayılan videonun nə vaxt çəkildiyi bilinməsə də, hadisənin Təhsil Nazirliyi tərəfdən Heydər Əliyev prospektinə çıxan körpüdə baş verdiyi bildirilir.
Toy karvanında hərəkət edən "Porsche" markalı avtomobilin tərsinə hərəkət etməsi görənləri təəccübləndirib. Sürücü avtomobili bir neçə dəqiqə bu cür idarə edib. "Avtoşluq" edən sürücünü kameraya çəkən yaxını onu "Zadni Rəhman" kimi təqdim edib.
Bu, olduqca təhlükəli hərəkətdir. Həm də qayda pozuntusudur. Bu əməlinə görə sürücü barəsində 60 manat – 3 bal cərimə tətbiq oluna bilər.
Qeyd edək ki, son vaxtlar toy karvanlarında yol qəzalarının sayı artır. Qəzaları adətən toyda qonaq qismində iştirak edənlər törədir ki, bu da həmin sürücülərin qaydaları kobud şəkildə pozması nəticəsində baş verir. Bu cür hoqqabazlıq nəticəsində baş verən qəzaların bir çoxu ölümlə nəticələnir.
Unutmaq lazım deyil ki, yaxınının, qohumunun toyunda qanqaraçılıq salmağa heç kimin haqqı yoxdur. Əgər sən toy karvanında varsansa, deməli, yaxın adamsan. Yaxın adamsansa, özünü adam kimi aparmalısan. Sənin bir anlıq hoqqabazlığın kiminsə şad gününü qara gətirə bilər.
Elmin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı












