Toy karvanında qəza: ölən və yaralananlar var - FOTO

Tərtərdə toy karvanında qəza baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Tərtərin "Dörd yol" adlanan ərazisində baş verib. Maşın karvanında hərəkət edən 99BK 744 dövlət nömrə nişanlı "Mercedes" markalı maşın qarşıdan gələn 90 AN 513 nömrə nişanlı "Niva" markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində "Mercedes" markalı maşın yol kənarındakı yüksək gərginlikli beton dirəyə çırpılıb. Qəza nəticəsində yaralanan sürücü və sərnişinlər Ağdam və Bərdə Mərkəzi Rayon Xəstəxanalarına çatdırılıblar.
Ağdam MRX-dan APA-ya verilən məlumata görə xəstəxanaya çatdırılan Gülşən Həsənovanın həyatını xilas etmək mümkün olmayıb. Mərhum G. Həsənovanın Ağdam rayon sakini olduğu, Sumqayıt şəhərində məskunlaşdığı bildirilib.
Hazırda faktla bağlı Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.



Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












