Toydan qayıdan ailə qəzaya düşdü: 4 yaralı - FOTOLAR

Toydan qayıdan ailə üzvləri və qohumlar qəzaya uğrayıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, avtoqəza hadisəsi saat 1.00 radələrində Bakı-Qazax magistralının 124-cü kilometrliyində, Hacıqabul rayonu ərazisində qeydə alınıb. Bakı sakini, 1977-ci il təvəllüdlü Həsənov Namiq Firudin oğlunun idarə etdiyi “Toyota Rav-4” markalı, 90 VU 363 dövlət nömrə nişanlı avtomobil beton səddə çırpılaraq bir neçə dəfə aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər- Bakı sakinləri, 1992-ci il təvəllüdlü Əhmədov Kamandar Rəhim oğlu, 1991-ci il təvəllüdlü Əlili Anar Nofəl oğlu və 1963-cü il təvəllüdlü Mahmudova Tahirə Məlik qızı müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR















