Toydan qayıdan ailə qəzaya düşdü: Ölənlər var – FOTOLAR

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda iki nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində yolun 185-ci kilometrliyində, İsmayıllı rayonunun Qubanxəlilli kəndi ərazisində qeydə alınıb. Goranboy rayon sakininə məxsus “Nissan” X-TRAİL” markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü və onun yeznəsinin ağır xəsarət aldığı, sürücünün həyat yoldaşı və bacısının isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişdiyi bildirilir. Hazırda xəsarət alanların və ölənlərin adları dəqiqləşdirilir.
***
Gəncədən toydan qayıdan ailə qəzaya düşüb. “Report” xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 188-ci kilometrliyində baş verib. Belə ki, 90-CP-149 dövlət nömrə nişanlı “Nissan X-Trail” markalı avtomobilin sürücüsü Məmməd Məmmədov idarəetməni itirərək maşını aşırıb. Qəza nəticəsində maşında olan sərnişin Elmira Məmmədova və digər sərnişin hadisə yerindəcə dünyalarını dəyişiblər. E.Məmmədova sürücünün həyat yoldaşı olub. Sürücü və avtomobildə olan digər sərnişinlər isə xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR



















