Toy karvanında kamera ilə bütün maşınları çəkib polisə verirlər - Maraqlı təcrübə

Əslində bu mövzu barədə bir çox ekspert danışıb və təkliflər verib. Bütün rəylərə hörmətlə yanaşaraq bir xarici təcrübəni bölüşmək istərdim.
Son günlərdə toy karvanlarındakı qəzalar mənə bir neçə il əvvəl Bakıya gəlmiş avropalı jurnalistin dediklərini xatırlatdı. Tədbirdən qayıdarkən Babək prospektində “şahə qaldırılan” VAZ-2107-ni görən həmkarım Afrikadakı mübarizə tədbirlərindən danışdı. Mən də bu günlərdə məsələni araşdırarkən onun dediklərinin doğru olduğunu gördüm.
Bəzi Afrika ölkələrində (Niger, Tanzaniya, Burkina-Faso və s.) toylarda intizamsız davranan sürücülərlə mübarizədə belə bir maraqlı üsul tətbiq edilir: toy karvanında çəkiliş aparan operatora yolda çəkilən kadrları montaj olunmadan polisə ötürmək tələbi qoyulur. Tələb qeyri-rəsmi olsa da, operatorlar və toy sahibi bu işdə maraqlıdırlar. Toy sahibinin marağında olan məsələ karvanda intizam olmasıdır. Operatoru isə iş müqabilində polisdən alacağı qonorarı düşünür. Qayda pozan nə qədər çox olsa qazanc da yüksək olacaq.
Lakin bu qazanc operatora heç də asan başa gəlmir. Polisə məlumat ötürdüyü üçün döyülən operator az olmayıb. Diribaş operatorlar isə pulu qayda pozan şəxsdən qabaqcadan alaraq onu texniki dillə desək, “kadra salmırlar”.
Görəsən bu üsul bizdə səmərə verərmi?
Vüqar
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












