"Toyota" avtomobil sahiblərinə kompensasiya ödəyəcək

"Toyota" şirkəti ABŞ-dakı avtomobil sahiblərinə paslanmaya görə kompensasiya ödəyəcək. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, Amerikadakı Toyota markalı avtomobillər korroziyaya uğrayıb. Buna səbəb isə, ramaların pasdan kifayət qədər qorunmaması olub.
Los-Ancels məhkəməsinin qərarı ilə yapon avtokonserni son 12 il ərzində satılan bütün ramalı avtomobilləri yoxlamalı, hansı maşınlarda ramaları dəyişdirmək lazım olduğunu dəqiqləşdirməlidir. Bundan başqa şirkət öz hesabına avtomobilini təmir edənlərin xərclərini qarşılamalıdır. Kompensasiyanın ümumi məbləği 3.375 milyard dollardır. Bir avtomobilin təmiri üçün 15 min dollar tələb olunur.
Şirkət könüllü surətdə dəyən ziyanı ödəməyə razı olsa da, məsələ ilə bağlı özünü günahkar bilmir. Eyni zamanda "Toyota" zərərçəkmişlərin hər birinə 2.5 min dollar, vəkillərə isə 9.75 milyon dollar ödəməlidir.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












