"Toyota" avtomobillərinin istehsalı zamanı qüsurlu metaldan istifadə olunub

Yaponiyanın "Kobe Steel" şirkəti istehsal etdiyi metalda qüsurların aşkarlandığını bəyan edib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, şirkətin müştəriləri arasında "Toyota Motor" konserni də var. Bundan başqa, "Kyodo" agentliyinin yaydığı məlumatda deyilir ki, "Regional Jet" ("Mitsubishi Heavy Industries" şirkətinə məxsusdur) sərnişin təyyarələrinin istehsalı zamanı "Kobe Steel" şirkətinin məhsullarından istifadə olunub. Agentlik bildirir ki, qüsurlar "Kobe Steel" şirkətini müştərilərinə satdığı alüminium və misdə aşkarlanıb. "Toyota Motor"un yaydığı açıqlamada isə qeyd edilir ki, konsern artıq araşdırmalara başlayıb. Bununla yanaşı, konsern rəsmiləri bildirib ki, qüsurlu detallardan yalnız bəzi detalların istehsalı zamanı istifadə olunması istisna olunmur.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












