Toyota Bakı Mərkəzinin 11 yaşı oldu

“Toyota Motor Corporation”nın Bakıda ilk rəsmi dileri olan Toyota Bakı Mərkəzi 11 yaşını daimi müştəriləri və media nümayəndələri ilə birgə qeyd edib.
Toyota Bakı Mərkəzi İSR Holdinqin İSR Auto şirkətinə aiddir.Şirkət 11 il ərzində Azərbaycan bazarında öz yerini tutmuş və Toyotanı sevimli avtomobil markalarından birinə çevrmişdir.Toyota Bakı Mərkəzi "Toyota Qafqaz və Orta Asiya” şirkəti tərəfindən, satış göstəricisi sertifikatı ilə təltif olunub. Mərkəz “Toyota Motor Corporation” tərəfindən Toyota standartlarına tam uyğunluq sertifikatı ilə təltif edilmişdir.Toyota Bakı Mərkəzi iki dəfə beynəlxalq İchiban mükafatına layiq görülüb. Bu mükafat Toyota Motors Avropa tərəfindən müştəri məmnuniyyəti və “Toyota Motors Corporation”nın standatrları tələbinə cavab verdiyinə görə verilir.
Fəaliyyətinin 11 illiyini qeyd edən Toyota Bakı Mərkəzi, yeni “Toyota Prado” avtomobilini elə həmin gün təqdim etdi. Toyota Bakı Mərkəzində təqdim edilən 2018-ci il modeli “Toyota Prado” 4-cü nəsil istehsalının ikinci restaylinqidir. Mütəxəssislər bunu Pradonun 5-ci nəsli kimi qeyd edir. Bu isə daha geniş və komfortlu avtomobil deməkdir. Yeni restaylinq versiya daha mükəmməl, daha dinamik və aqressiv görünür. Avtomobilin həm interyerində, həm də eksteryerində bir çox dəyişikliklər edilib. Bunlara yeni radiator barmaqlığını,faraları,yenilənmiş kapot və digərlərini misal göstərmək olar. Bundan əlavə, avtomobilin hündürə qalxma və enmə iş bucağı artırılıb. Yeni “Toyota Land Cruiser Prado” 3 versiyada Azərbaycanda satışa çıxarılır: 2.7l və 4.0 l benzin və 2.8 l dizel mühərrikli.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur













