Toyota ilk elektromobilinin növbəti tizerini dərc edib - VİDEO

Toyota şirkəti ön hissəsinin təsvir olunduğu yeni naməlum avtomobilin tizeri dərc edib. Tizerdən göründüyü kimi, yeni model bağlı ön panelə və mavi haşiyələrə malikdir - bu isə, qarşımızda yapon markasının ilk elektrik krossoverinin dayandığından xəbər verir. Videotizer Beyond Zero sözləri ilə bitir ki, bu da yapon istehsalçısının elektrokarlar ailəsi üçün təsis etdiyi yeni subbrendin adıdır.
Yeni elektrokar ailəsinin ilk üzvü, artıq bir neçə tizeri dərc edilmiş ötra ölçülü krossover olacaqdır. Yeni elektrokarın təqdimatı 19 aprel tarixində işinə başlayacaq Şanxay avtosalonunda keçiriləcəkdir.
Elektrokarın adı hələlik açıqlanmayıb. Bununla belə, Toyota elektrokarlarının yapon markasının daxili yanma mühərrikli modellərində istifadə edilməmiş xüsusi adları alacağı məlumdur. Yeni elektrik krossoveri, istənilən ötürmə növünü tətbiq etməyə və 50-100 kilvat-saat arasında tutumu olan batareyaları quraşdırmağa imkan verən e-TNGA modul platformasına əsaslanacaqdır.
Yeni elektrokarın yaradılmasında Toyota mühəndisləri ilə birlikdə Subaru mütəxəssisləri də iştirak edib. Odur ki, tezliklə Subaru şirkətinin öz brendi altında bənzər avtomobili buraxacağını gözləmək olar.
Bir müddət bundan əvvəl, Toyota bosslarından biri debütantın “DNT və dizaynına görə” avropa modeli olduğunu, lakin avtomobilin Yaponiyada istehsal ediləcəyini bildirmişdi. Seriya modelinin satış debütünün yaxın iki il ərzində baş tutcağı gözlənilir, odur ki, Şanxayda nümayiş etdiriləcək elektrokar konsept statusunu daşıyacaqdır./autograph
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək










