“Toyota” uçan maşınların istehsalına hazırlaşır

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota” şirkəti tezliklə uçan avtomobillərin istehsalına başlayacaq. Şirkət tərəfindən belə avtomobillərin arxa ötürücülərinin hazırlanması istiqamətində işin başlanıldığı bildirilir. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, “Toyota”nın uçan avtomobilinin prototipi 2020-ci ilin yayında Tokioda keçiriləcək Yay Olimpiya Oyunları zamanı nümayiş olunacaq. Həmin avtomobilin Olimpiya məşəlini yandıracağı nəzərdə tutulur. Şirkət nümayəndələrinin sözlərinə görə, “Toyota” uçan maşınlar ideyasının “ilkin mərhələdə həyata keçirilməsi”nə başlayıb. Həmçinin bildirilir ki, bu layihənin kommersiyalaşdırılması istiqamətində qərar qəbul olunmayıb. Buna baxmayaraq, dünyanın ən böyük avtomobil istehsalçısı sayılan şirkətlərindən birinin belə bir layihədə iştirakı, bu istiqamətdə ciddi addımların atıldığını deməyə əsas verir. Bu, eyni zamanda, həmin layihənin nə dərəcədə real olması barədə müzakirələrin qızışmasına da şərait yaradır.
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi












