“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO

Ermənilərin Gəncəyə raket atmasından yerli sakinlərin qorxmadığını sadəcə bir cümlə ilə ifadə etmişdi Taryel dayı: “Azərbaycan əhalisi qan görəndə qorxmuyor, “naoborot” qızışıyor”.
Onun “TRT Haber”ə verdiyi bu açıqlama qısa müddətdə sosial şəbəkələrdə geniş yayıldı.
Bir cümləlik açıqlaması ilə məşhurlaşan Taryel Şahverdiyev köhnə döyüşçüdür, Qarabağ qazisidir. 1991-ci ildə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə yollanan Şahverdiyev ayağından və ürək nahiyəsindən güllə yarası alıb. Ürək nahiyəsindən dəyən gülləni çıxarmaq mümkün olmayıb, hələ də bədənindədir...
O güllə çıxmasa da, bu gün gedən döyüşlərdə qazanılan uğurlar Taryel Şahverdiyevin ürəyindən tikan çıxarır.
Qafqazinfo-nun əməkdaşları Gəncəyə gedərək, Taryel Şahverdiyevlə görüşüb. Qarabağ qazisi bildirib ki, bu gün də öz komandası ilə döyüşməyə hazırdır. Ona cəbhəyə yollanmaq üçün bir əmr bəsdir.
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək










