Türkiyədə ən çox satılan SUV avtomobilləri hansılardır? - SİYAHI
Son zamanlarda dünyada SUV avtomobil modellərinə maraq artır.
Avtosfer.az xəbər verir ki, sözügedən modellərin dünyada olduğu kimi Türkiyədə də satışı yüksəlib.
Böyük salon və baqaj həcmi olan bu avtomobillərə adətən çoxuşaqlı ailələr üstünlük verir. Maraqlıdır ki, cari ilin ilk 7 ayında qardaş ölkədə satılan avtomobillərin yarısından çoxu SUV modelləridir.
Belə ki, yanvar-iyun aylarında Türkiyədə 536 min 351 ədəd avtomobil satılıb. Onların 296 min 768 ədədi isə məhz SUV modelləridir. Bu isə bütün satışların 55,3 faizi deməkdir.
Bəs Türkiyədə 2024-cü ilin 7 ayı ərzində ən çox satılan SUV modelləri hansılardır?
Avtosfer.az sözügedən siyahını təqdim edir:
1. "Chery Tiggo 8 Pro" - 16 min 40 ədəd
2. "Fiat Egea Cross" - 14 min 829 ədəd
3. "Chery Tiggo 7 Pro" - 14 min 416 ədəd
4. "Dacia Duster" - 13 min 67 ədəd
5. "Togg T10X" - 12 min 718 ədəd
6. "Chery Omoda 5" - 10 min 683 ədəd
7. "Peugeot 3008" - 10 min 265 ədəd
8. "Peugeot 2008" - 9 min 54 ədəd
9. "Hyundai Bayon" - 8 min 811 ədəd
10. "MG HS" - 8 min 40 ədəd.
(hit.az)