Reklam

Türkiyədə ən ucuz avtomobil neçəyədir? - QİYMƏTLƏR

Avtoxəbər 9 Dekabr 2024 17:37 Oxunub 280
Türkiyədə ən ucuz avtomobil neçəyədir? - QİYMƏTLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyə Avtomobil Distribyutorları və Mobility Dərnəyinin (ODMD) açıqladığı məlumatlarına görə, ölkədə ən ucuz yeni avtomobillərin qiyməti 1 milyon lirəyə (48,8 min manat) çatıb.

Avtosfer.az sfer.az-a istinadən xəbər verir ki, Türkiyədə satılan ən ucuz yeni avtomobil mühərrikinin həcmi 1 litr olan “Fiat Pandadır”. Qiyməti 912 min TL (44 500 manat) olan bu modelə nə ikinci əl, nə də yeni model kimi üstünlük verilmir.

Qiymətinə görə ikinci və üçüncü yerlərdə Türkiyədə istehsal olunan “Hyundai”ın i10 (965 min TL - 47,1 min manat) və i20 (979 min TL - 47,8 min manat) modelləri qərarlaşıb.

Ən çox satılan və güclü ikinci əl bazarına da malik olan “Fiat Egea” 979 min TL (47,88 min manat) dördüncü yerdədir.

“Ən ucuz” siyahıda cəmi 10 model olduğu halda, bu modellərdən 7-si müxtəlif markalara aiddir və 6-sı xaricdən gətirilir. Yerli istehsal olan modellər arasında “Hyundai” i10, i20, “Fiat Egea” və “Renault Clio” daha ucuzdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh