Türkiyənin ən böyük körpülərindən birində saat 400 km-lik şou – FOTO+VİDEO

Türkiyənin ən böyük körpüləridən biri, iki sahili birləşdirən Osmanqazi körpüsü istifadəyə verilib. Avtosfer.az ans press-ə istinadən məlumatına görə, körpünün açılışını prezident Rəcəb Tayyib Ərdoğan edib. Ərdoğan Ramazan bayramı günlərində təzə körpüdən keçidin pulsuz olacağını deyib. Nəqliyyat naziri Ahmet Arslan isə körpünün keçid haqqının ümumillikdə 88 lira (40 manat) olacağını bildirib.
Bu körpü İstanbul ilə Türkiyənin ən böyük şəhərlərindən biri olan İzmir arasındakı məsafəni 3,4 saata qədər azaldacaq. İnşaat işləri 39 ay davam edib. Köprü bəzi detallarına görə dünyanın ən böyük asma körpülərindəndir.
Türkiyənin rekordmen milli motosikletçisi Kənan Sofuoğlu da açılışdan bir gün öncə körpüdə səl şou nümayiş etdirib. O, 1,5 km uzunlüğü olan körpüdə 400 km sürət yığa bilib. Sofuoğlu Gebze-Orhangazi-İzmir magistralının ən böyük hissəsi olan körpünü 30 saniyədə keçə bilib. O, "Kawasaki H2R" model motosikleti ilə körpüdə ən yüksək sürəti yığan sima olub.
Körpüdəki sürət yoxlaması açılışdan bir gün öncə baş tutub.
Bu gündə o eyni yoxlamanı təkrarlayıb. Lakin hava şəraitinə görə, sürəti 385 km olub.
İkinci şoudan sonra idmançı ilə prezident arasında qısa dialoq da baş tutub. Ərdoğan Kənan Sofuoğlunu Albaniyanın baş naziri Edi Ramaya "Özü balaca bir şeydir, amma..." deyə təqdime dib. Prezident şousuna görə motosikletçini təbrik edib. Kənan bizi dəli etdin... Dənizə doğru gedirsən. Üzmək də bilmirsən..."
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












