Ucuz alır, nasaz satır: Avtomobil dəllalları insanları necə tora salır? - VİDEO

Avtomobil almaq və ya satmaq istəyən şəxslər problemlərlə tez-tez üzləşir.
Belə ki, avtomobili satış məqsədi ilə elan saytlarına yerləşdirən şəxsə ar-arda zənglər gəlir. Zəng edənlərin isə əksəriyyəti qiyməti olduqca aşağı təklif edir.
İddia edilir ki, daha sonra həmin şəxslərlə əlbir olan bir nəfər bir az artıq qiymət təklif etməklə avtomobili ala bilir.
Avtomobil almaq istəyən şəxslər isə adətən bəzi ustaların əli ilə aldadıldığını bildirir. Satıcı alıcıdan xəbərsiz ustaya müxtəlif məbləğdə pul təklif edərək avtomobilini tərifləməsini istəyir. Ustaya inanıb avtomobili alan şəxs isə sonradan problemlərlə üzləşir.
Uzun müddətdir avtomobillərin təmiri ilə məşğul olan Tural Rəhmanlı deyir ki, bu kimi hallarla demək olar hər gün qarşılaşır. Lakin həqiqətən usta xidməti göstərən şəxs avtomobilin bütün problemlərini olduğu kimi deməlidir.
Bütün bunlar, avtomobil dəllalarının əlavə qazanc əldə etmək üçün əl atdığı üsullardan bir neçəsidir.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, bu problem əsasən ili köhnə nəqliyyat vasitələrində yaşanır.
Ekspert bildirib ki, bu kimi problemlərin yaşanmaması üçün dövlət tərəfindən xüsusi portalın yaradılması nəzərdə tutulub. Texniki göstəriciləri bu portala ildə 1 dəfə daxil edildikdən sonra avtomobilini satan şəxs həmin elektron məlumatları alan şəxsə təqdim etməlidir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var










