Ucuz kasko mümkündür - Amma... - VİDEO

Bir çox sürücü məhz məbləği artıq olduğuna görə avtomobilini kasko sığorta elətdirmir. Bəziləri isə icbari sığortanı kifayət hesab edirlər. Ancaq sığortanın elə növləri var ki, yüksək məbləğ ödəmədən də avtomobili kasko sığorta etdirmək mümkündür. Söhbət məhdud təminatlı sığortadan gedir. Bu sığorta növündə nəqliyyat vasitəsinin bir il və daha artıq müddətə deyil, bir neçə aylığa sığortalanması nəzərdə tutulur. Əgər 10 min manatlıq avtomobili bir il müddətinə sığortalamaq üçün 300-350 manata ehtiyac varsa, məsələn, üç aylıq məhdud təminatlı sığorta üçün cəmi 100 manat kifayətdir.
Ancaq sığorta eksperti Abbas Babayev deyir ki, məhdud təminatlı sığorta növündə tam təminatlı sığorta növündən fərqli olaraq, şirkətin qəza anındakı ödənişlərinin məbləği də az olur.
Məhdud təminatlı sığortanın bir fərqi də ondadır ki, bu növ sığortada bütün qəzalara görə ödəniş edilmir.
Ekspertlər əsasən yay mövsümündə avtomobillərin məhdud təminatla sığortalanmasını tövsiyyə edirlər. Çünki istirahətlə əlaqədar tez-tez səhayət edən sürücülərin qəza riski də yüksək olur. Bu tipli qısamüddətli sığortalara üstünlük verməklə həm pula qənaət etmək, həm də mümkün risklərdən sığortalanmaq mümkündür.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












