Ucuz sığorta bazarına son qoyuldu - YENİ TƏLƏB

Bundan sonra Azərbaycanın sığorta şirkətləri müştərilərinə icbari sığortanı endirimli sata bilməyəcəklər. Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta şirkətlərinə xəbərdarlıq məktubu ünvanlayıb. Məktubda sığorta şirkətlərinə icbari sığoptanın satışı zamanı endirim etməmək tapşırılır. Burada bildirir ki, sığpta şirkətlərinin istər icbari sığorta, istərsə də könüllü sığorta müqavilələri üzrə vasitəçilik xidmətinə görə verilən komisyon haqları icbari sığorta qanunvericiliyində və könüllü sığorta qaydalarında nəzərdə tutulmuş nisbətlərdən artıqdır.
Palata xəbərdarlıq edir ki, könüllü sığorta müqavilələri üzrə sığorta vasitəçiliyi xidmətinə görə verilən kamisyon muzdlar könüllü sığorta qaydaları ilə müəyyən olunmuş nisbətdən artıq ola bilməz. "Diqqətinizə çatdırılır ki, "İcbari sığortalar haqqında" Qanunun 12.4-cü maddəsinə əsasən, sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə, verilən komisyon muzdlara sərf edə bilər. Həmçinin bildiririk ki, könüllü sığorta müqavilələri üzrə sığorta vasitəçiliyi xidmətinə görə verilən komisyon muzdlar könüllü sığorta qaydaları ilə müəyyən olunmuş nisbətdən artıq ola bilməz»-deyə palatanın məktubunda bildirilir. Palata xəbərdarlıq edir ki, məsələ ilə bağlı hər hansı bir nöqsan aşkarlanarsa və həmin nöqsanlar aradan qaldırılmazs buna yol verən sığorta şirkətlərinə qarşı tədbirlər görüləcək: "Yuxarıda qeyd edilən nöqsanlardan hər hansı birinin Cəmiyyətinizdə olduğu və onun aradan qaldırılmadığı təqdirdə Cəmiyyətinizə qarşı təqdimat və sanksiyaların tətbiq olunacağı nəzərinizə çatdırılır"-deyə məktubda bildirilir.
Qeyd edək ki, sığorta şirkətlərinin müştəri toplamaq üçün sığorta haqlarında əsassız endirimləri sığorta bazarının əsas problemlərindəndir. Bəzən bu endirimlər bütün məntiqi hədləri ötür və nəticədə sığorta şirkətinə və onun müştərilərə ödəmələrinə mənfi təsirini göstərir. Bu mənada düşünmək olar ki, palatanın budəfəki xəbərdarlığı sığorta bazarında intizamın möhkəmlənməsinə səbəb ola bilər.
Fins.az
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










