Vaqif Əsədov yük maşınını 130-la sürəndən danışdı: "Möcüzədir" - VİDEO

Avtosfer.az-ın BAKU.WS-ya istinadla məlumatına görə, bu görüntünün videoya çəkən minik maşınının sürücüsünün də bildirdiyi kimi avtomobilin 130 km/saat sürətlə hərəkət etməsinə baxmayaraq ondan irəlidə hərəkət edən yük maşınına çata bilməyib. Sürət həddinin 90 kim/saat olan yolda yük avtomobilinin bu sürətlə hərəkət etməsi böyük təhlükə yaradıb. Yük maşınını ötüb keçməyə çalışan avtomobil sürücüsü isə onun sürətinin çox yüksək olduğunu və 130-la hərəkət etməsinə baxmayaraq yük maşınına çata bilmədiyini bildirib.
99 ZB 929 dövlət nömrə nişanlı yük maşınından arxada hərəkət edən minik maşınının sürücüsü baş verənləri kameraya çəkərək etirazını bildirib. Qeyd edək ki, yük ilə dolu olan Kamaz markalı maşının bu sürətlə yolda hətta dəflərlə ötmə əməliyyatı da həyata keçirib.
Bu mövzu ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxladıq. Vaqif Əsədov BAKU.WS-ə bildirib ki, videonu görmədən heç bir fikir söyləyə bilməz.
"Dedikləriniz həqiqətə uyğundursa o zaman bu ciddi qayda pozuntusudur. Qeyd edim ki, 90 kim/saat sürət həddi qoyulmuş yolda yüklə dolu maşının sürəti 70 kim/saat-dır. Əksi çox ciddi qayda pozuntusudur və inzibati xətalar məcəlləsi ilə tənzimlənir. Digər bir halda yük dolu maşın eniş aşağı harəkət edərsə də bu sürəti yığa bilər. Yox əgər belə deyilsə onda yük dolu kamaz markalı avtomobilinin bu sürəti yüğması bir möcüzədir”", - deyə Vaqif Əsədov bildirib.
Sosial şəbəkələrdə yayılan həmin videonu sizə təqdim edirik:
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










