Vətən müharibəsindən sonra yenə qanunsuz səfərlər olur - YENİ SİYAHI
Avtoxəbər 23 Yanvar 2021 20:00 Oxunub 3342
Vətən müharibəsindən sonra yenə qanunsuz səfərlər olur - YENİ SİYAHI

Xarici İşlər Nazirliyi Qarabağa qanunsuz səfər edən şəxslərin siyahısını yeniləyib.

Avtoafer.az-ın oxu.az-a istinadən məlumatına əsasən, siyahıya ümumilikdə 1 040 nəfər daxildir.

Siyahıya nəzər salsaq, görərik ki, 2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycanın Ordusunun işğalda olan torpaqları azad etmək üçün keçirdiyi əks-hücum əməliyyatları dövründə və Vətən müharibəsindən sonrakı vaxtlarda Qarabağa qanunsuz səfərlər baş tutub.

Müharibə dövründə Qarabağa səfər edənlərin çoxu xarici ölkələrin jurnalistləridir.

2020-ci ilin noyabrında Ermənistanın kapitulyasiyaya imza atmasından sonra isə Qarabağa qanunsuz səfər edənlərin əksəriyyəti siyasətçilərdir.

Ümumilikdə 2020-ci ildə Qarabağa 40 qanunsuz səfər baş tutub.

Qeyd edək ki, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Qarabağa, o cümlədən Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərə bütün səfərlər rəsmi Bakının razılığı ilə həyata keçirilməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh