Voleybol üzrə daxili işlər orqanlarının birinciliyi keçirilib - FOTOLAR

Daxili İşlər Nazirliyinin xidməti idman tədbirlərinin təqvim planına əsasən sentyabrın 18-dən 23-dək voleybol üzrə daxili işlər orqanlarının birinciliyi keçirilib. DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova Azərbaycan təmsilçilərinin ən mötəbər yarışlarda əldə etdiyi qələbələr, keçirilən idman tədbirlərinin miqyası və yaradılan infrastruktura görə respublikamızın dünyada idman ölkəsi kimi tanındığını qeyd edib. Bildirilib ki, bütün bu uğurların əsasında ulu öndərin müəyyən etdiyi, möhtərəm dövlət başçımızın uğurla davam və inkişaf etdirdiyi düzgün siyasət, sosial rifah, vətəndaşlara göstərilən diqqət və qayğı durur. Xüsusən son illər istər Olimpiya, istərsə də qeyri-olimpiya idman növlərində çempionlarımızın və medallarımızın sayı durmadan artır. Xarici mütəxəsisslər də etiraf edirlər ki, əldə etdiyi qələbələrlə əhalisinin sayına və ərazisinə görə Azərbaycan özündən daha böyük dövlətləri də önləyir. Sevindirici haldır ki, daxili işlər orqanlarında da idmanın inkişafına xüsusi diqqət yetirilir, İdman Cəmiyyətinə göstərilən doğma münasibət, yüksək diqqət və qayğı polis idmançılarımızı yeni-yeni zirvələr fəth etməyə sövq edir.
Daha sonra yarışlara start verilib.
DİN İdman Cəmiyyətində keçirilən bu yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən ümumilikdə 7 komanda iştirak edib.
Maraqla izlənilən qarşılaşmaların baş mükafatını DİN Baş Mühafizə İdarəsinin komandası qazanıb. Komandanı bu yarışa polis polkovnik-leytenantı Hüseyn Mansurov hazırlayıb. Polis baş leytenantı Nazim Musayevin rəhbərliyi ilə yarışlara hazırlaşan Bakı şəhər BPİ-nin komandası 2-ci, Naxçıvan Muxtar Respublikası DİN İdman Cəmiyyətinin rəisi, polis polkovniki Cavanşir Salayevin rəhbərlik etdiyi komanda isə 3-cü yerdə qərarlaşıb.
Tədbirlə bağlı təəssüratlarını bölüşən yarışın baş hakimi, DİN İdman Cəmiyyətinin İdmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, komandaların ildən-ilə təcrübələrini artırdığını diqqətə çatdırıb.
Sonda qaliblərə kubok, medullar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur

















