Volfqanq Dürhaymer Bentley şirkətini tərk edir

Bentley şirkəti yeni rəhbərini seçib. Britaniya istehsalçısının yeni rəhbəri hazırda Jaguar Land Rover qrupunun strateji direktoru olan Ədriən Hollmark təyin ediləcəkdir. Avtosfer.az xəbər verir ki, bu barədə xəbəri Manager Magazin yayıb. Ədriən Hollmark bu vəzifədə Volfqanq Dürhaymeri əvəzləyəcəkdir. Dürhaymer karyerasında ikinci dəfədir ki, britaniya markasını tərk edir. Yeni təyinat haqqında nə zaman elan ediləcəyi məlum deyildir. Eyni zamanda qeyd edilir ki, Dürhaymer özü istefa ərizəsi ilə müraciət edib. Bentley şirkəti ilə yanaşı, Dürhaymer eyni zamanda Bugatti şirkətinin prezidentidir. Top menecer bu vəzifəni də öz arzusu ilə tərk etmək istəyir. Əvvəllər, fransız istehsalçısına Audi Sport bölümünün rəhbəri Stefan Vankelmannın başçılıq edəcəyi barədə məlumat yayılmışdı. 2012-ci ilin iyun ayından Dürhaymer Bentey şirkətindən Audi şirkətinə keçərək 2013-cü ilin iyun ayına qədər şirkətə başçılıq etmişdi. 2013-cü ilin yayında, o cümlədən yeni nəsil Audi A8 sedanının hazırlanması da daxil olmaqla, vəsaitlərə qənaət etmək cəhdinə görə onu vəzifədən uzaqlaşdırmışdırlar.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












