"Volkswagen" ən çox avtomobil istehsal edib - 5,27 milyon

Almaniyanın "Volkswagen" şirkəti bu ilin altı ay ərzində dünyada ən çox avtomobil istehsalçısına çevrilib. Avtosfer.az xəbər verir ki, bu barədə trend "Autocar" portalına istinadən xəbər verir. Yanvar-iyun ayları ərzində şirkət 5,27 milyon avtomobil istehsal edib. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 % çoxdur. Yaponiyanın "Toyota" şirkəti isə yarım il ərzində 5 milyon (keçən illə müqayisədə 0,6 % daha az) avtomobil istehsal edib. Reytingin üçüncü yerində ABŞ-ın "GM" konserni durur. Amma bu şirkətin istehsalı barədə dəqiq rəqəmlər göstərilmir.
"Volkswagen" şirkəti həmçinin bu il ərzində dünyada satılan avtomobillər üzrə də birinci yerdədir - 5,2 milyon. İkinci yerdə (4,99 milyon) yenə "Toyota" (o cümlədən Lexus, Daihatsu i Hino markaları ilə) şirkəti gəlir. Reytingin üçüncüsü isə "GM"dir - 4,76 milyon avtomobil.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












