"Volkswagen"in bazar payı ən aşağı səviyyəyə enib - 2008-ci ildən etibarən

2016-cı ilin I yarısında "Volkswagen" avtomobil konserninin Avropa bazarındakı payı 11,2%-ə enib ki, bu da 2008-ci ildən etibarən ən aşağı göstəricidir.
Avtosfer.az "Financial Times" nəşrinə istinadən xəbər verir ki, ötən ilin analoji dövründə "Volkswagen"in köhnə qitədəki payı 12,1% olub. Qlobal maliyyə böhranının tüğyan etdiyi 2008-ci ildə konsernin bazar payı 10,4% olub.
"Financial Times" yazır ki, bazar payının azalmasına səbəb böyük səs-küyə səbəb olan və konserni ziyana salan "dizel qalmaqalı" adlanan proses olub. Bu ilin yanvar-iyun ayları ərzində Avropa İttifaqının ərazisində 875 min 380 ədəd "Volkswagen" satılıb ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə cəmi 0,8% artım deməkdir. Maraq üçün qeyd edək ki, müvafiq dövr ərzində konserni yaxından izləyən rəqiblər satışlarını 5-15% artırıb.
"Dizel qalmaqalı" 2015-ci ilin sentyabrında baş verib. O zaman məlum olub ki, "Volkswagen" havaya atılan zərərli maddələrin miqdarını saxtalaşdırıb.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












